top
Bir vaxtlar Qara şəhərdə yerləşən kilsənin tarixi
08 mart 2024, 08:00
- ↺ +

Bir vaxtlar Qara şəhərdə yerləşən kilsənin tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Spaso-Preobrajenskaya Beloqorodskaya kilsəsi Bakının indiki 8 Noyabr prospektində yerləşirdi.

XIX əsrin sonlarında Qara şəhərdə işçilərin sayının artması ilə əlaqədar kilsənin tikintisinə ehtiyac yarandı. Buna görə də Şibayev zavodunun rəhbərliyinin təşəbbüsü ilə burada pravoslav kilsəsi inşa etmək qərara alındı. Zavodda məbədin tikilməsi təşəbbüsü direktor N.N.Sokolov, mühəndis-texnoloq A.R.Kulişevskiy və başqalarına məxsus idi.

15 dekabr 1891-ci ildə Şibayev fabrikində kilsənin təməli qoyuldu. Kilsənin inşası xəbəri həvəslə qarşılandı, buraya çox sayda ianə edildi, zənglər bağışlandı. Burada qurbangah da inşa edildi. Binanın tutumu 200-ə qədər insan təşkil edirdi. [https://www.pravoslavie.az/eparchy/churches/?id=13699] 

26 mart 1893-cü ildə təntənəli şəkildə ruhanilərin və xalq kütlələrinin iştirakı ilə kilsənin müvəqqəti zəng qülləsinə 60 pud ağırlığında (983 kq) yeni zəng qaldırıldı. Bu zəng qismən “Şibayev və Ko” firması tərəfindən, qismən də zavodun işçilərinin ianələri hesabına alınmışdır.

1893-cü ildə “Şibayev və Ko” tərəfdaşlığı kilsəni genişləndirmək qərarına gəldi. Layihə memar Edel tərəfindən tərtib edildi. Bina 1894-cü ildə hazır oldu. Burada həm kilsə, həm də məktəb fəaliyyət göstərirdi. [Церковь Спасо-Преображенская (Белогородская), на Шибаевском заводе, Баку — OurBaku] 

Bakı xristian məbədlərinin baş keşişi Yunitskiy kitabında kilsənin görünüşü haqqında məlumat verilir: “... Kilsə 7 pəncərə ilə işıqlandırılır ... Məbədi qonşu yaşayış binalarından fərqləndirən xarici bəzəklərinə binanın özündə yerləşən zəng qülləsi daxildir … Üzərində mis-zərli xaçı olan səkkizguşəli günbəzli zəng qülləsi rus-bizans üslubunda tikilmişdir. Zəng qülləsinin günbəzi dəmirlə örtülüb və yaşıl rəngə boyanıb... Zəng qülləsində 6 zəng asılıb”. [Юницкий А.И. История церквей и приходов Бакинской губернии (1815-1905 гг.). Баку-1906]

Sovet dövründə kilsədə texnikum yerləşirdi, daha sonra isə bina sökülmüşdür.

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər