top
Geologiya elmləri doktoru Sərdar Səmədov
09 yanvar 2024, 08:00
- ↺ +

Geologiya elmləri doktoru Sərdar Səmədov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sərdar Sadıx oğlu Səmədov 28 iyun 1927-ci ildə Bakının Suraxanı qəsəbəsində neftçi ailəsində anadan olub.

O, Suraxanıda 85 saylı orta məktəbi bitirərək Bakı Enerji-maşınqayırma texnikumunda təhsilini davam etdirib. 1945-ci ildə həmin texnikumu bitirdikdən sonra L.Şmidt adına maşınqayırma zavodunda texnik-texnoloq kimi əmək fəaliyyətinə başlayıb.

Səmədov 1947-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində mühəndis-geoloq ixtisası üzrə təhsil alıb. Təhsil alarkən “Paleontologiya və tarixi geologiya” kafedrasında öz ixtisası üzrə laborant kimi çalışıb, 1952-ci ildə aspiranturaya qəbul olunub, daha sonra assistent, dosent və professor vəzifələrinə yüksəlib. [http://geology.bsu.edu.az/az/news/unudulmaz_alim_v_pedaqoq] 

Səmədov elmi-pedaqoji fəaliyyətə 1951-1952-ci illərdən başlayıb. 1956-cı ildə o, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini, 1969-cu ildə isə doktorluq elmi dərəcəsini alıb. Onun 1956-1957-ci illərdən çap olunan məqalələri Azərbaycanın əsas neftli-qazlı vilayətləri, tektonik qırılmaları, onların tipləri və digər məsələlərə həsr olunub. Doktorluq dissertasiyasında Səmədov tərəfindən Xəzərin qərb sahilboyu zonasının (Dağıstan, Azərbaycan) neft-qaz-geoloji rayonlaşdırılması sxemi təklif olunmuş, yura çöküntüləri üzrə ilk dəfə olaraq, struktur xəritəsi tərtib edilmişdir.

Alim 154-dən çox elmi əsərin, o cümlədən 11 monoqrafiya, dərs vəsaiti və tədris proqramlarının, 120-dən çox məqalə və istehsalat hesabatlarının, elmi-kütləvi kitabların müəllifi olub. O, 20-dən çox beynəlxalq və respublika miqyaslı konqres və konfransların iştirakçısı olaraq, Azərbaycanı təmsil edib.

Səmədov SSRİ Təhsil Nazirliyinin qərarına əsasən, uzun müddət xarici ölkələrdə (Əlcəzair, Əfqanıstan) elmi-pedaqoji fəaliyyət göstərmişdir, 1971-1974-cü illərdə Əlcəzairdə Neft-qaz İnstitutunda kafedra müdiri və professor vəzifəsində çalışmış və geoloji fənləri fransız dilində tədris etmişdir. O, 1977-1979-cu illərdə Əfqanıstanda Kabil Politexnik İnstitutunda neft və qaz kafedrasının müdiri və professoru vəzifələrində çalışmışdır. [Şərəfli ömür yolu.//Elm. 24 avqust 2007]

Alim 1985-1992-ci illərdə BDU-nun “Ümumi geologiya və hidrogeologiya” kafedrasının müdiri, 2003-2011-ci illərdə “Ümumi geologiya” kafedrasının müdiri vəzifələrində çalışmışdır.

O, “Əməkdar müəllim” adına və bir sıra fəxri fərmanlara layiq görülmüşdür.

Sərdar Səmədov 5 iyul 2012-ci ildə Bakıda vəfat edib. [http://static.bsu.az/w8/Xeberler%20Jurnali/Tebiet%20%202012%202/215-216.pdf] 

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər