top
Müşfiqin Dilbərə olan sevgisindən bəhs edən mahnının tarixi
07 aprel 2022, 02:30
- ↺ +

Müşfiqin Dilbərə olan sevgisindən bəhs edən mahnının tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şair Mikayıl Müşfiqin “Sənə Qurban” şeirinə yazılmış mahnının belə bir tarixi var:

1931-ci ildə Mikayıl Müşfiqin aşiq olduğu Dilbər Axundzadə bir müddətlik Gəncəyə getməyə hazırlaşırdı. O, Mikayılla görüşlərin birində ona bunu bildirir. Bu zaman şair kövrəlir və Dilbərə “Ayrılıq” şeirini deyir. Müşfiqin halı Dilbərə təsir edir və xanım ona cavab verir:

 -İstəyirsən, heç getməyim, daha bundan ötəri niyə belə narahat olursan.

Müşfiq yenə də şeirlə cavab verir:

 

Deyirsən, yanında qalacağam mən,

Çox gözəl fikirdir, qal, sənə qurban.

Nə zaman istəsən, əziz canımı

Qumral gözlərinlə al, sənə qurban.

 

Gəlmiş hüzuruna bir qara dağlı,

Bir qara qulundur, qolları bağlı,

Gəl çəkmə könlümə sən hicran dağı,

Gümüş topuğunda xal, sənə qurban.

 

-Ay Müşfiq, bu gözəl şeirdir. Bəs o qara qul sözü nədir? Heç sənin kimi vüqarlı şairə də qul sözü yaraşarmı?

-Mən öz məhəbbətimin qulu olmağımdan fəxr edirəm.

 

[Axundzadə Dilbər: Müşfiqli günlərim. Bakı-2005]

 

Bir müddət keçdikdən sonra bəstəkar Ələkbər Tağıyev bu sözlərə musiqi bəstələyir. Müşfiqin ölümündən 30 il sonra, 1968-ci ildə bu mahnı ilk dəfə muğənni Zeynəb Xanlarovanın ifasında səslənir. Mahnı Zeynəb Xanlarova tərəfindən bir çox Yaxın Şərq ölkələrində verilmiş konsertlər zamanı ifa edilir.

 

Sonralar mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən yunan, ərəb, türk və başqa dillərdə ifa edilmişdir. 1985-ci ildə İran ermənilərindən olan müğənni Andranik Madadyan mahnını erməni dilində “Garun” (Bahar‎) adı ilə ifa edir. Bundan sonra ermənilər musiqinin onlara məxsus olduğunu deyirlər. [https://apa.az/az/xeber/medeniyyet-siyaseti/xeber_muellif_huquqlari_agentliyi_____sene_qurba_-344462 ]

 

2012-ci ildə Suriyada vətəndaş müharibəsi zamanı müxalifətin hakimiyyət əleyhinə nümayişində bu mahnı səslənmişdir. Mahnının sözləri dəyişilir və etirazçıların azadlıq himninə çevrilir.

2017-ci ildə Türkiyədə referendum ərəfəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) təbliğat videosunda “Sənə Qurban” mahnısının musiqisindən istifadə olunur. [https://www.bbc.com/azeri/multimedia/2012/08/120803_qal_sene_gurban] [http://istipress.com/siyaset/17-03-2017/turkiye-partiyasi-zeyneb-xanlarovanin-mahnisini-ogurladi-video]

Son xəbərlər

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Oxşar xəbərlər