top
Nobel qardaşlarının qənimi: Şəmsi Əsədullayev
30 sentyabr 2021, 05:07
- ↺ +

Nobel qardaşlarının qənimi: Şəmsi Əsədullayev

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmsi Əsədullayev 1840-cı ildə Bakının Əmircan kəndində, yoxsul ailədə anadan olmuşdur.

Cavanlıqda Şəmsi atasının əkin-biçininə kömək edirdi. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XIX əsrin əvvəllərində bu torpağın mühüm hissəsi Suraxanıda neft çıxarılması ilə məşğul olan rus tacirləri tərəfindən alınır. Şəmsi Əsədullayev əkinçiliyi buraxaraq, neft işinə qoşulur. O, öz bacarığı sayəsində qısa müddətdə, 1860-cı ildə tacir Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir.

Bir müddətdən sonra Şəmsi neft və duz satışı ilə məşğul olmağa başlayır. 15 il ərzində o xeyli qazanc əldə etdikdən sonra, kerosin zavodu açır. Rusiyanın bazarları ilə əlaqə saxlayaraq, onlara kerosin satmağa başlayır.

1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. 1893-cü ildə cəmi 500 manat kapitala malik "Şəmsi Əsədullayev" firması, 1913-cü ildə artıq 10 milyon manat vəsaitə malik idi. 1895-ci ildə Əsədullayevin təzə aldığı torpaq sahələrindən birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud (1 pud≈16 litr) neft verirdi.

Şəmsi Əsədullayevin adı həmişə Nobel qardaşlarının adı ilə yanaşı çəkilirdi. Əhali arasında Şəmsi Əsədullayevə "Nobel qardaşlarının qənimi" deyilirdi. O, Rusiyanın, Mərkəzi Asiya, İranın, Finlandiyanın şəhərlərində Nobellərin dükanları ilə üzbəüz, ya da ki, yanaşı dükan açıb Nobellərdən ucuz qiymətə neft satır və onlara mane olurdu.

Əsədullayev 21 aprel 1913-cü ildə 72 yaşında Yaltada (Krım yarımadası) günvurmadan vəfat etmişdir. Onun nəşi Bakıya gətirilərək, Əmircan kəndində dəfn edilmişdir.

Mənbələr:

 


  1. Qılman İlkin. "Bakı və bakılılar" (dördüncü nəşr), 2014

  2. Ülkər Mirzəyeva. Şəmsi Əsədullayev 2013

  3. АГА ШАМСИ АСАДУЛЛАЕВ Журнал "Огонёк" №19 от 13.05.1996

Son xəbərlər

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Oxşar xəbərlər