top
Olimpiya medalı qazanmış ilk azərbaycanlı Rəşid Məmmədbəyov
12 mart 2024, 08:00
- ↺ +

Olimpiya medalı qazanmış ilk azərbaycanlı Rəşid Məmmədbəyov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəşid Qarabəy oğlu Məmmədbəyov 28 fevral 1927-ci ildə Bakının Şağan qəsəbəsində anadan olub. O, 57 kq çəkidə SSRİ-ni təmsil edən Əməkdar idman ustası olub. [Azərbaycan Sovet Ensiklopediyası. Cild VI. Bakı-1982]

Məmmədbəyov 4 nömrəli sənət məktəbində çilingər peşəsinə yiyələnib, 1941-ci ildə məktəbi bitirərək Zabrat qəsəbəsində işə düzəlib. O, 1951-ci ildə indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

1943-cü ildə "İskra” cəmiyyətində sərbəst güləş bölməsində məşqlərə başlayıb. Onun məşqçisi Azərbaycanda güləşin banisi hesab edilən Rza Baxşəliyev olub. [Səlimov-Sağani T. Şağan. Bakı-1998] [https://www.olimpnews.az/post/8507/azerbaycan-guleshchileri-olimpiya-oyunlarinda-8507] [https://www.azerbaijans.com/content_682_ru.html]

Məmmədbəyov 1947-ci ildə Estoniyanın Tallin şəhərində keçirilən SSRİ çempionatında iştirak edib, burada məşhur eston və rus güləşçilərinə qalib gələrək ikinci yerə layiq görülüb. 1952-ci ildə Finlandiyanın Helsinki şəhərində keçirilən Olimpiya oyunlarına qoşulan Məmmədbəyov SSRİ-ni təmsil edib. Burada o, gümüş medal qazanaraq olimpiya oyunlarında mükafat qazanmış ilk azərbaycanlı idmançı olub. O, SSRİ Çempionatlarının 5 qat gümüş mükafatçısı olmuşdur. [Səlimov-Sağani T. Şağan. Bakı-1998] [https://www.olympedia.org/athletes/60501]

İdmançı Azərbaycanda sərbəst güləşi yayanlardan biri olub. O, həmçinin yunan-Roma güləşi ilə məşğul olub və 1948-ci ildə Azərbaycanda ilk olaraq bu sahə üzrə idman ustası adına layiq görülüb. [https://www.youtube.com/watch?v=lnmqr4XIRF4]

Rəşid Məmmədbəyov 4 dekabr 1970-ildə Bakıda vəfat edib. 2009-cu ildən hər il Rəşid Məmmədbəyovun xatirəsinə gənclər üçün güləş üzrə turnir keçirilir.

Son xəbərlər

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Oxşar xəbərlər