top
Tacirin adı ilə tanınan Tağıyev darvazasının tarixi
15 aprel 2023, 08:00
- ↺ +

Tacirin adı ilə tanınan Tağıyev darvazasının tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İçərişəhərin beş darvazasından biri, qalanın Sabir bağına çıxan hissəsi “Tağıyev darvazası” adlanır. Bu çıxışın belə adlanması hamının tanıdığı xeyriyyəçi Tağıyevlə deyil, onun adaşı, 2-ci dərəcəli gildiya taciri Hacı Zeynalabdin Tağıyevlə bağlıdır.

Xalq arasında məşhur olan rəvayətə görə, Hacının Sabir bağının yerində və onun qarşısındakı keçmişdə Bazar adlanmış küçənin cənub tərəfində üz-üzə iki cərgə dükanları vardı. Bazardan bir qədər uzaq düşən, sakit və gediş-gəlişi olmayan yerdə heç kim Hacıdan dükan icarəyə götürmürdü. Dükanları uzun müddət boş qaldığından tacir Bakı bələdiyyəsindən icazə alıb yeni darvaza açdırır. Bazar küçəsində gediş-gəliş artdığından Hacının dükanlarına müştəri tapılır. Belə tədbirli, diribaş olduğuna görə Bakı camaatı ona “Qatır (Bic) Zeynalabdin” ləqəbini vermişdi. [Sarabski Hüseynqulu. Köhnə Bakı. Bakı-2006] [Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı-1987]

Əslində isə qapıların açılışı Tağıyevin təşəbbüsü ilə baş tutsa da, bu layihəni o vaxtın hakimiyyəti icra etdirib. Tikinti idarəsi layihə hazırlayıb təsdiq üçün Tiflisə, Qafqaz canişininin idarəsinə, sonra isə Peterburqa göndərib. Birinci layihə rədd edildikdən sonra əvəzində qala qapısının tamamilə yeni layihəsi hazırlandı və bu dəfə təsdiqləndi. Layihəyə əsasən, darvazanın üstünə və bürclər arasında qalan qala divarına dişlər əlavə olundu. Bu yenilik 1950-ci illərdə divarların bərpasında öz rolunu oynadı. İçərişəhərin yeni çıxışı isə tacirin adı ilə məşhurlaşdı.

[Ичери Шехер. Крепостные стены — OurBaku] 

[URIS id=97366]

 

Son xəbərlər

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Oxşar xəbərlər