top
Zaqafqaziyada qadınların ilk çıxışı kimi tanınan Babiy bunt
21 fevral 2022, 01:46
- ↺ +

Zaqafqaziyada qadınların ilk çıxışı kimi tanınan "Babiy bunt"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1916-cı ilin fevralında Bakıda qıtlığa və qiymət artımına qarşı qiyam baş vermişdir. Bu hadisə Bakının tarixində “Babiy bunt” (Arvad qiyamı) kimi tanınıb. Üç gün davam edən qiyam Zaqafqaziyada qadınların ilk çıxışı olub.

1916-cı ilin əvvəllərində Bakıda vacib ərzaq mallarının qiyməti xeyli qalxmışdır. Tacirlər sindikatlar yaradıb un, düyü, çörək, ət, toyuq, yumurta və başqa malları baha qiymətə satırdılar. Dükançılar malları gizlədir, müştəriləri incidir və söyərdilər.

14 fevral tarixində bir qadın Aleksandro-Nevski bazarında kartof alarkən, qiymət üstündə dükançı ilə dalaşır, qəzəblənib içində ərzaq olan qutunu vurub dağıdır və ərzaqı tapdalamağa başlayır. Onun ardınca qonşu Bazar küçəsindəki (indiki Hüsü Hacıyev) yüzlərlə qadın meyvə, tərəvəz, çörəkçi, qəssab dükanlarına hücum edir. Qarışıqlıq Quba (indiki Füzuli) meydanında dükanlarda da baş verir. Bazardakı taxta budkalar yandırılır, talan edilir.  [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

Hadisə yerinə polis və yanğın dəstələri göndərilsə də, izdihamın öhdəsindən gələ bilmirlər. Polis birinci gün atəş açmağa cəsarət etmir. Qadınlar və uşaqlar su çəlləklərini və yanğın maşınlarını mühasirəyə alırlar. Bazar küçəsindəki mağazalar dağıdılandan sonra, izdiham ətraf küçələrə keçir: qadınlar iki dəstəyə bölünüb şəhərin zəngin mağazalarına hücum edirlər. Onlar polis və atlı kazak dəstələrinin gözü önündə mağazaların vitrinlərini və qapılarını sındırmağa başlayırlar.

Qiyamın ikinci günü, fevralın 15-də qadınlar dəyirmanları, un anbarlarını, “Rus” və “Samalyot” gəmiçilik şirkətlərinin mal anbarlarını talan edirlər. Onlar 116 ərzaq, 70-ə qədər parça, paltar, geyim mağazasına və anbarına basqın edirlər.

Qiyamı yatırmaq üçün Bakıya təcili Tiflisdən, Petrovskdan (Mahaçqala), Dərbənddən, Yelizavetpoldan (Gəncədən), Teymurxanşuradan (Buynaksk) polis və əsgər hissələri gətirilir. Qafqaz cəbhəsindən ordu, top-topxana gətirilir. Qadınların qiyamı yalnız ayın 17-də yatırılır. Cəza dəstələri hücuma keçib, patron əsirgəməyib qadınlara atəş açırdılar. Qiyam nəticəsində 9 nəfər ölüb, 55 nəfər yaralanıb, şəhərə 2 milyon 957 min manat ziyan dəymişdir.

Bu hadisədən sonra Qafqazın başqa şəhərlərində də qadın izdihamları baş vermişdir. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər