Bakıda "II Aqua Stars Open" beynəlxalq turniri keçiriləcək. Bu haqda Bakuplus.az 23 iyun tarixində məlumat verir.
Bədii üzgüçülük üzrə yarış ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Medallar uğrunda 5 ölkənin - Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qazaxıstan, Özbəkistan və Azərbaycanın 12 klubundan 150-yə yaxın idmançısı mübarizə aparacaq.
İki gün davam edəcək turnir bu gün saat 15:15-də Bakı Su İdman Sarayında təşkil ediləcək.