“Neftçi” Futbol Klubunun prezidenti cəzalandırılıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kamran Quliyevin hərəkətlərinə görə onun başçılıq etdiyi klub 4000 AZN məbləğində cərimə olunub. Buna səbəb prezidentin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələr olub. Həmçinin o, 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb. Ona 6 aylıq sınaq müddəti təyin edilib.
“Turan Tovuz” – “Neftçi” qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.