top
AFFA “Neftçi” və “Qarabağ”ı cərimələyib
12 oktyabr 2023, 08:10
- ↺ +

AFFA “Neftçi” və “Qarabağ”ı cərimələyib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

AFFA İntizam Komitəsi “Neftçi” və “Qarabağ” klublarını cərimələyib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

“Neftçi”nin iki köməkçi məşqçisi – Sənan Qurbanov və Miodraq Todorov hakimin qərarına etiraz etdiklərinə görə qırmızı vərəqə alıblar. Həmçinin onlara biri şərti olmaqla 2 oyunluq cəza və 3 aylıq sınaq müddəti təyin edilib. “Neftçi” isə buna görə 3000 manat cərimələnib.

Oyunda fotoqraflar mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmalarına görə “Neftçi” 500 manat, matçdan sonra meydana kənar şəxslər daxil olduğuna görə, “ağ-qaralar” daha 800 manat cərimə ödəyəcəklər.

Əlavə olaraq, oyunda "miks-zona" düzgün təşkil edilmədiyindən, stadionun tunelində insanlar çox olduğundan və futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Neftçi”yə xəbərdarlıq edilib.

“Qarabağ” klubu isə futbolçu Toral Bayramovun formasının rəqəmləri fərqli olduğuna görə 1000 manat məbləğində cərimələnib.

Qarşılaşmanın 78-ci dəqiqəsində isə “Köhlən atlılar”ın azarkeşləri kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndiriblər. Bu hal mövsümdə ikinci dəfə yaşandığından, qonaq komanda 500 manat cərimələnib.

Oktyabrın 8-də “Neftçi” – “Qarabağ” oyunu qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Son xəbərlər

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Oxşar xəbərlər