Bakıda şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Şahmat Federasiyasına istinadən xəbər verir.
Kişi şahmatçılar arasında keçiriləcək turnir 9 turdan ibarət olacaq. İlk 4 yerin sahibi 2-ci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcəklər. Burada şahmatçılar finala vəsiqə uğrunda 2 oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaqlar, məğlub olan şahmatçılar isə 3-cü yer uğrunda yarışacaqlar.
Mükafat fondu 30.000 AZN təşkil edir. Yarışın qalibi 12.000 AZN əldə edəcək.
Yarış Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq.