“Araz-Naxçıvan” futbol komandası Bakıda məskunlaşa bilər. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ölkənin elit liqası sayılan Premyer Liqaya vəsiqə qazanan futbol klubunun əvəzedici futbolçuları Bakıda məskunlaşa bilərlər.
“Naxçıvanda uzun müddət gənclərdən ibarət komanda olmayıb. Buna görə də yuxarı yaş qruplarında oyunçu tapmaq asan deyil. Eyni zamanda komandanın hər dəfə Bakıya gedib-qayıtması da əlavə maliyyə tələb edir”, - deyə Naxçıvan təmsilçisinin idarə heyətinin sədr müavini Sakit Rzayev məlumat verib.
“Araz-Naxçıvan” komandası 1-ci Divizionun XXIV turundan sonra 54 xalla birinci pillədə qərarlaşıb. Lisenziyalaşdırmanın tələblərini qarşılayacağı təqdirdə klubun elitada iştirakı təsdiqlənəcək.