Avqustun 14-də Bakıda atıcılıq üzrə dünya çempionatı başlayacaq. Bu günə kimi 32 ölkə iştirak etmək üçün müraciət edib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
İştirak üçün formanı hazırlayıb göndərən bütün komandalara eyni cavab verilib: "Bu il Bakıda 60-dan çox ölkənin qatıldığı Dünya Kuboku gerçəkləşib. Həmin yarış böyük uğurla və hər kəsin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması ilə baş tutub. 100-dən artıq ölkənin mübarizə aparacağı dünya çempionatının Bakıda keçirilməsi Azərbaycana göstərilən etimaddan irəli gəlir".
Yarış avqustun 14-dən sentyabrın 3-dək davam edəcək.