Bakıya qayıdan mini-futbol üzrə Avropa çempionu olmuş Azərbaycan milli komandası təntənə ilə qarşılanıb. Bu haqda BakuPlus.az Modern.az-a istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Futbolçuları hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıb.
Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qalib olub. Milli komandamız finalda Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə Azərbaycan millisinin Avropa çempionatında ilk qalibiyyətidir.