Bir müddət əvvəl "Kəpəz"in baş məşqçisi postunu tərk edən Azər Məmmədov yenidən “Səbail”də fəaliyyət göstərəcək. Bu haqda BakuPlus.az kluba istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Bakı klubundan verilən məlumata görə, 47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.
A.Məmmədov "Kəpəz"ə baş məşqçi təyin olunanadək də "Səbail"də köməkçi məşqçi vəzifəsini yerinə yetirib.