Aprelin 28-29-da Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının idman zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az məlumat verir.
Ağır Atletika Federasiyasından verilən məlumata görə, çempionatda ölkənin bütün bölgələrindən 100-dən çox idmançı iştirak edəcək.
Çempionat Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Yarışlar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində ağır atletika idmanının təbliği və inkişafının təşviqi məqsədilə keçirilir.