2 bakılı idmançı Leyla Əliyeva və Aydan Vəliyeva Azərbaycan millisinin heyətində Qran-pri turnirinə qatılacaqlar. Bu haqda 6 yanvar tarixində Bakuplus.az məlumat verir.
Yanvarın 26-28-də Portuqaliyanın Odivelaş şəhərində baş tutacaq yarışda 6 idmançı mübarizə aparacaq.
Yığmanın heyətində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) yer alıblar.
Qran-pri turnirinin qalibi 700, ikincisi 490, üçüncüsü isə 350 reytinq xalı qazanacaq.