Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov peşəkar karyerasını bitirir. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Ötən mövsümdə “Zirə”dən getdikdən sonra klubsuz olan təcrübəli 36 yaşlı futbolçu qərarı ilə bağlı tezliklə açıqlama verəcək.
Ruslan Abışov karyerası ərzində “Neftçi” və “Zirə” ilə yanaşı, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının heyətinə çıxış edib.
Abışov “Ağ-qaralar”ın heyətində, 2010/2011-ci illər mövsümünün ən yaxşı müdafiəçisi, 2012-ci ildə isə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. Həmçinin o, yığmanın heyətində 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.