Bakıda keçiriləcək Azərbaycan – Monqolustan oyununa biletlər artıq satışdadır. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Matç “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da baş tutacaq.
Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür. Qiymət 2-30 manat aralığında dəyişir.