Azərbaycanın qadın şahmatçısı dünya yığmasına dəvət alıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Şahmat Federasiyasına istinadən xəbər verir.
Bakıdan olan qrosmeyster Günay Məmmədzadə Qazaxıstanın Astana şəhərində keçirilən yoldaşlıq görüşlərində çıxış edəcək. O, Qazaxıstan yığması ilə qarşılaşacaq.
Məmmədzadə ilə yanaşı, dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcəklər.
Görüşlər 17-19 aprel tarixlərində baş tutacaq.