Bakıda keçiriləcək “Qarabağ” – “Zirə” matçının biletləri satışa çıxarılıb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az məlumat verir.
Biletlərin qiymətləri 3, 7 və 15 manat təşkil edir. Biletləri iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasından da almaq olar.
Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün I turu çərçivəsində keçiriləcək oyun sabah 21:00-da “Azersun Arena”da təşkil olunacaq.