Paytaxtda ilk dəfə “CYBERWinD Olympic Series” adlı ilk kibertriatlon yarışı keçirilib. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yarışda “Triterra”, “Metak”, “Tristar” və “World Class Azerbaijan” klublarından idmançılar iştirak ediblər. Ümumilikdə 17 atlet 40 kilometrə bərabər virtual məsafəni keçiblər.
Podiumda birinci yeri “Triterra” klubundan Teymur Fərəcov tutub. Finişə ikinci “Tristar” klubundan Elçin Əliyev, üçüncü isə “Triterra” klubundan Zaur Arkania çatıblar.
Kibertriatlon üzrə yarış Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə Azərbaycanda ilk dəfədir ki, keçirilib. Turnirin gələcəkdə E-İdman Olimpiadasında Azərbaycan təmsilçilərinin müəyyən olunması üçün təsnifat xarakter daşıyacağı gözlənilir.
Yarış dekabrın 23-də “Triterra Baku Triathlon Club” və “Cyber Athletics Azerbaijan”ın birgə təşkilatçılığı ilə baş tutub.
Kibertriatlon xüsusi avadanlıq və kompüter tətbiqi ilə yaradılan real triatlonun simulyasiyasıdır.
[URIS id=124470]