Bakıdan olan futbol hakimi UEFA-dan təyinat alıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
49 yaşlı Babək Quliyev ilk dəfə beynəlxalq oyunda hakim-inspektor vəzifəsində işləyəcək. O, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ matçında fəaliyyət göstərəcək. B.Quliyev Şimali Makedoniya - Polşa qarşılaşmasında çexiyalı hakim Tomas Klimanın işinə qiymət verəcək.
Oyun 11 oktyabr Polşanın Tor şəhərində Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.