Azərbaycan milli komandasının oyunçusu İsveçin klubunda fərqlənib. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
22 yaşlı Musa Qurbanlı İsveçin “Yurqorden” klubunun U-21 komandasında “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında qol vuraraq hesabı açıb. Matç 4:2 hesabı ilə “Yurqorden” klubunun xeyrinə bitib.
Musa Qurbanlı cari mövsüm İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyunda şans qazanıb və 30 dəqiqə meydanda olub.