Bakıdan olan karate üzrə hakim Avropa oyunlarında hakimlik edəcək. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir.
Avropa hakimlər komissiyasının üzvü, olimpiya hakimi Cahangir Babayev 4 ildən bir keçirilən Avropa oyunlarına dəvət alıb. Bundan əlavə, o, cari ilin oktyabr ayında ”World Combat Came” oyunlarına Baş hakim kimi təyinat alıb.
Cahangir Babayev 200 ölkədən 3000-dən artıq hakimin yer aldığı beynəlxalq reytinqdə 2-ci yerdədir.