Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Federasiya Kubokunun 3-cü mərhələsi başa çatıb. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Yarışda 10 fərdi və 3 qarışıq komanda növündə ölkə üzrə 99 idmançı mübarizə aparıb.
Federasiya kuboku mərhələli olaraq ildə 3 dəfə keçirilir. Noyabrın 23-də başlayan və 1 həftə davam edən yarışa ilk dəfə iştirak edən və həm güllə, həm də gil atıcılığında nəticə göstərən çoxlu sayda gənc qatılıb.
[caption id="attachment_81140" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]