İyunun 17 və 18-də Azərbaycanın paytaxtında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “gimnastika hamı üçün” idman növü üzrə I Bakı Beynəlxalq “Challenge” turniri keçiriləcək. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verir.
Tədbir Dənizkənarı bulvarda, Azərbaycan Dövlət Kukla Teatrının arxasında keçiriləcək. Yarışda Azərbaycan, Gürcüstan və Litvanı təmsil edəcək 46 komandadan 500-dək idmançı iştirak edəcək.
Turnir zamanı, həmçinin ustad dərsləri, breyk rəqsi üzrə nümunəvi çıxışlar, tamaşaçılarla birgə fləş-mob nəzərdə tutulub.