Bu gün, 18 dekabr tarixində paytaxtda Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. Bu haqda Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Boks Mərkəzində keçiriləcək tədbirdə gənclərdən ibarət 7 komanda mübarizə aparacaq. Turnirdə Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı milliləri iştirak edəcək.
Əlavə olaraq, Avropa Boks Konfederasiyasının (EUBC) komandası da öz gücünü sınayacaq.
97 boksçunun qatılacağı yarışın açılış mərasimi saat 14:30-da başlayacaq, sonra isə döyüşlərə start veriləcək. Turnir 22 dekabr tarixində yekunlaşacaq.
Müsabiqənin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi isə Anar Babanlıdır.