Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş kütləvi idman tədbiri keçirilib. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 27 avqust tarixində xəbər verir.
Dənizkənarı Bulvar ərazisində keçirilmiş tədbirdə karateçilər, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestri, veteran tankçılar, idman və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr edilmiş tədbir 23-26 sentyabr tarixlərində keçiriləcək beynəlxalq yarışa hazırlıq mahiyyəti daşıyır.
Tədbir karateçilərimizin yürüşü və məşqləri ilə davam edib.
[caption id="attachment_66317" align="alignnone" width="800"]
Foto Azərtac.az saytı[/caption]