Bakıda Atıcılıq üzrə dünya çempionatı davam edir. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə isveçli Viktor Lindqren 1-ci yeri tutub.
20 yaşlı İsveçli 251,3 xalla qızıl medal qazanıb. Çinli Haoran Yanq 250,6 xal yığaraq gümüş medala sahib olub, bürünc medala isə çexiyalı Frantisek Smetana layiq görülüb.