Bakıda atıcılıq üzrə dünya kuboku keçiriləcək. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 50-dən çox ölkənin 600 idmançı və texniki heyətinin iştirakı gözlənilir. Budəfəki turnir güllə atıcılığının növləri üzrə olacaq.
Tədbir 8-15 may tarixləri arası təşkil olunacaq.