Bakıda avarçəkmə üzrə təlim baş tutacaq. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Oktyabrın 7-də saat 16:00-dan 18:00-dək “Dədə Qorqud” parkında “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimi keçiriləcək.
Tədbirdə iştirak ödənişsiz olacaq.