Bakıda basketbol matçı keçiriləcək. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az “CityLife Events”ə istinadən xəbər verir.
18 ildən sonra Azərbaycanın “Sabah” basketbol klubu doğma arenada azarkeşləri önündə avrokubok oyununa çıxacaq. Rəqib Türkiyə Superliqasında mübarizə aparan, 2 il əvvəl FIBA Avropa Kubokunu qazanan "Bahçeşehir" klubu olacaq.
Qarşılaşma 25 oktyabr saat 19:00-da “Sərhədçi” İdman Kompleksində baş tutacaq. Giriş sərbəstdir.