Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turniri start götürür. Bu haqda Bakuplus.az məlumat verir.
Heydər Əliyevin xatirəsinə həsr olunan turnir Milli Gimnastika Arenasında təşkil olunur. Yarışın ilk günündə Azərbaycandan 13 idmançı mübarizə aparacaq. Onlardan 8-i kişi, 5-i isə qadın cüdoçu olacaq.
Böyük Dəbilqə turniri sentyabrın 24-də başa çatacaq.
Yarışı canlı olaraq judotv.com saytı və ya İdman TV kanalı vasitəsilə izləmək mümkündür.