Bakıda 2023-cü ilin 29 iyul - 6 avqust tarixləri aralığında basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizonu keçiriləcək. Bu haqda bu gün, 24 noyabr tarixində Report məlumat verib.
18 yaşadək idmançılar arasında çempionatda iştirak edəcək komandaların adları yanvarda açıqlanacaq.
Daha öncə məlum olub ki, U-18 millimiz sonuncu çempionatda bürünc mükafatın sahibi olub.