“Baku Open – 2024” Şahmat Festivalının açılış mərasimi keçirilib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illik yubileyinə həsr olunan festival Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə həyata keçirilir.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov və FIDE prezidenti Arkadi Dvorkoviç nitq söyləyiblər.
[caption id="attachment_142316" align="alignnone" width="640"]
Foto Report.az[/caption]