Paytaxtda cari həftə keçiriləcək idman tədbirlərinin cədvəli məlum olub. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Yanvarın 22-28-i tarixləri arasında keçiriləcək idman tədbirlərinin cədvəli aşağıdakı kimidir:
- Alpinizm üzrə Rasim Cəfərovun xatirəsinə həsr olunmuş “Azərbaycan dağçısı” modulu – 22 yanvar - 22 mart (Alpinizm məktəbi);
- Atletika üzrə qış ölkə çempionatı – 26-27 yanvar (Bakı şəhəri);
- KWU-WFKF fənləri üzrə (karate) şəhidlərin xatirəsinə həsr olunmuş açıq turnir – 27-28 yanvar (Bakı şəhəri).