Paytaxtda keçiriləcək idman tədbirlərinin cədvəli açıqlanıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
14-20 avqust tarixləri arası keçiriləcək idman tədbirlərinin siyahısı aşağıdakı kimidir:
- Güllə və stend atıcılığı üzrə dünya çempionatı - 14 avqust - 1 sentyabr (Bakı Atıcılıq Mərkəzi);
- Şose velosipedi üzrə federasiya kubokunun ll mərhələsi - 16-17 avqust (Bakı şəhəri, Velo Park);
- Su polosu üzrə nümunəvi çıxışlar - 17 avqust saat 10:00 (Respublika Uşaq İstirahət Mərkəzi);
- Yeniyetmələr arasında üzgüçülük turniri - 17 avqust saat 11:00 (Respublika Uşaq İstirahət Mərkəzi);
- Peşəkarlar arasında MMA üzrə beynəlxalq turnir - 18 avqust (Bakı İdman Sarayı).