Bakıda Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş 100 xanalı dama üzrə beynəlxalq turnir keçirilir. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
9 turdan ibarət yarışda 30 idmançı iştirak edir. Yarışda Azərbaycan, Rusiya, Belarus və Gürcüstanı təmsil edən damaçılar mübarizə aparırlar.
Yarışın əsas favoriti dünya reytinqinin lideri Andrey Valyukdur.
Çempionat Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Damaçılar İttifaqının birgə təşkilatçılığı ilə baş tutur. Yarışa sabah yekun vurulacaq.
[caption id="attachment_123546" align="alignnone" width="640"]
Foto Report.az[/caption]