Səbail rayonunda “İdman hamı üçün" aksiyası çərçivəsində 19 avqust tarixində Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında idman növləri üzrə master-klaslar təşkil olunacaq. Bu haqda 18 avqust tarixində Bakuplus.az xəbər verir.
Saat 09:30-da başlayacaq ustad dərsləri Səbail rayon İcra Hakimiyyətinin dəstəyi və Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilir.
Bütün yaş qruplarından olan sakinlər sözügedən aksiyaya qoşula bilərlər.