Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az xəbər verir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu Şimali İrlandiyaya qarşı keçirəcək. Görüşün baş hakimi bolqarıstanlı Georgi Davidov olacaq.
Qarşılaşma “Azərsun Arena”da saat 18:00-da başlayacaq. Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə məğlub olmuşdu.