Avropa Olimpiya Təsnifat turnirinə start verilib. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Güləş Federasiyasına istinadən xəbər verir.
Milli Gimnastika Arenasında keçiriləcək yarışda 3 güləş növü üzrə qarşıdurmalar aparılacaq.
Bu gün yunan-Roma güləşi üzrə yarış keçiriləcək. 6 aprel tarixində qadın güləşçilər xalçaya çıxacaqlar. Son yarış günündə isə estafet sərbəst güləşçilərə keçəcək.
Hər çəkidə 2 güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.