Bakıda çimərlik voleybolu üzrə turnir keçiriləcək. Bu haqda BakuPlus.az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən bu gün, 14 iyul tarixində xəbər verir.
İdman tədbiri 15 iyul, saat 17:00-da Bakı Su İdman Sarayında baş tutacaq.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçiriləcək yarış gənclər arasında təşkil olunacaq.