Bakıda güləş üzrə Avropa çempionatı baş tutacaq. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.
Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, Azərbaycanda U-23 yaş kateqoriyası üzrə Avropa çempionatı baş tutacaq.
Turnirə 32 ölkədən 400-ə yaxın idmançının qatılacağı planlaşdırılır. Proqrama əsasən, çempionata yunan-Roma güləşçilərinin mübarizəsi ilə start veriləcək. Onlar estafeti qadın güləşçilərə ötürəcəklər. Yarışa sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.
Yarış 20-26 may tarixlərində hər gün saat 10:30-da start götürəcək.