Peşəkar Çövkən Liqasına start verilir. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az xəbər verir.
Yarış Atçılıq Federasiyası tərəfindən ilk dəfə təşkil olunur. Milli atlarımızın iştirakı ilə 10 peşəkar komanda mövsüm boyu çempionluq uğrunda mübarizə aparacaq.
Açılış mərasimi 21 may saat 14:00-da Binə Atçılıq Mərkəzində keçiriləcək. Giriş sərbəstdir.
Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şou tədbirin unudulmaz performansı olacaq. Rəsmi hissədən sonra azarkeşləri iki maraqlı oyun gözləyir.
Çempionat “CBC Sport” telekanalında yayımlanacaq.