İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan millisinin toplanışı keçiriləcək. Bu haqda bu gün, 31 may tarixində Report məlumat verib.
İyunun 1-də və 3-də milli komanda Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək. Oyunlar Su İdman Sarayının çimərlik meydançasında saat 17:30-da baş tutacaq.
2-9 iyul tarixlərində Bakıda dünya çempionatının Avropa zonası üzrə seçmə oyunları baş tutacaq.