Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Çimərlik Futbolu Federasiyasına istinadən xəbər verir.
Bakıda təşkil olunan seçmə mərhələdə komandamız Moldova yığması ilə qarşılaşıb. Matç rəqibin 2:3 hesablı qələbəsi ilə bitib.
Növbəti qarşılaşma Estoniya yığması ilə keçiriləcək. Matç bu gün, saat 18:45-də başlayacaq. Bütün oyunlar "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunur.