Bakıda “Karting” üzrə yarış keçiriləcək. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az “AKİAB”a istinadən xəbər verir.
3-cü dəfə keçiriləcək qran-pri 26 avqust tarixində saat 19:00-da başlayacaq. İştirak etmək üçün 60 AZN ödəniş etmək lazımdır. Qeydiyyat linkinə buradan keçid edə bilərsiniz. Ünvan: Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi, 15, Baku City Karting.