Bakıda ilk dəfə keçiriləcək Avropa Kubokunun tarixi dəyişib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Azərbaycan Gimnastika Federasiysına (AGF) istinadən məlumat verir.
Yeni formatda keçiriləcək Avropa Kuboku öncə martın 29-dan 31-dək təşkil olunmalı idi. Yarışın yeni tarixi isə mayın 3-5-nə təyin edilib.
Yarışda idmançılar finala yüksəlmək üçün püşkatma əsasında birbaşa bir-biri ilə mübarizə aparacaqlar. İdman tədbirində böyüklər və gənclər arasında çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək.