Bakı şəhərində keçiriləcək idman tədbirlərinin həftəlik cədvəli açıqlanıb. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az İdman Nazirliyinə istinadən xəbər verir.
2-7 aprel tarixləri arasında keçiriləcək idman tədbirlərinin cədvəli aşağıdakı kimidir:
- 2-6 aprel – Güllə və stend atıcılığı üzrə ölkə kuboku;
- 3 aprel – Həndbol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələ oyunu (Azərbaycan – Şimali Makedoniya);
- 3-5 aprel – Taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi;
- 5-7 aprel – Sərbəst güləş üzrə böyüklər arasında Avropa lisenziya turniri;
- 5-8 aprel – Stolüstü tennis üzrə ölkə çempionatı.